Zəmanət Qaydaları
Bütün məhsullar istehsalçı və tədarükçü firmaların zəmanəti altındadır. Zəmanət qaydalarının keçərli ola bilməsi üçün kargo çatdırılması əsnasında məhsulu mütləq kontrol edin. Hər hansı bir defekt gördüyünüzdə məhsulu təslim almayın. Məhsul üzərində edilən dəyişikliklər,məhsulun deformasiya olması ya da məhsulun orijinal dizaynının pozulması zəmanət şərtlərimizdən kənardadır.
Məhsulun Geri Qaytarılması Qaydaları
Saytımız üzərindən satın aldığınız məhsulun xətalı çıxması halında çatdırılma tarixindən etibarən ən gec 7 gün içərisində saytımızdakı onlayn dəstək bölümündən bizimlə əlaqə qurmağınız tələb olunur. Bu zaman kargo şirkəti ilə bizə göndərəcəyiniz xətalı məhsul yenisi ilə dəyişdiriləcəkdir. Sifariş edilən məhsul xətası müştəri tərəfindən olmuşsa və ya 7 günlük zaman içərisində məhsul istifadə edilmişdirsə məhsulun qaytarılması və dəyişdirilməsi mümkün deyil.